Metronun yeni stansiyasına “8 noyabr” adı veriləcək –Prezident təşəbbüslə çıxış etdi

Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə “8 noyabr” adı verilməsi təşəbbüsü ilə çıxış edib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin bununla bağlı Qərarında deyilir:

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılsın”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezidentin yaratdığı Fond müharibə əlillərinin və şəhidlərin kreditlərini ödəyəcək

Sonrakı məqalə

Alimlər insan üzünü formaya salan 200 DNT sahəsi müəyyənləşdirib