“Microsoft” 35 ölkədə əməliyyat keçirib- Zərərli proqramı ləğv etmək üçün

“Microsoft” şirkəti dünyanın müxtəlif yerlərində milyonlarla kompüteri gizli şəkildə ələ keçirən zərərli proqramı ləğv etmək üçün 35 ölkəni əhatə edən əməliyyat keçirib.

“Report” “THE New York Times”a istinadən xəbər verir ki, mərkəzi Rusiyada yerləşən “Necurs” adlı cinayətkar qrup 8 il ərzində dünya üzrə 9 milyon komputeri ələ keçirib.

Məlumata görə, cinayətkar qrup ələ keçirdikləri kompüterlərə birja fırıldaqçılığına yarayan və sahibi pul ödəməyənə qədər kompüteri kilidləyən “ransomware” zərərli proqramı yükləyib.

Qeyd edək ki, ”Microsoft” əvvəlcə “Necurs”un istifadə etdiyi və ya gələcək hücumlar üçün ehtiyatda saxladığı 6 milyon domen adını geri alıb və ya dondurub. Cinayətkar qrup tanınmış veb saytların oxşarlarını potensial qurbanlarına qarşı istifadə etmək üçün yaratdığı alqoritmin kodu ”Microsoft”un mühəndisləri tərəfindən sındırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hesablama Palatasının sədri:

Sonrakı məqalə

Azərbaycanda bu il “Bitcoin” səfirliyi açılacaq