Hesablama Palatasının sədri:"Azərbaycan hökuməti risklərə hazırdır"

“Büdcə layihəsinə rəy verərkən, büdcə dayanıqlığı ilə bağlı mümkün riskləri də göstərmişdik. Bu risklər daimi var. Əsas məsələ bu risklərin hökumət tərəfindən səmərəli idarə edilməsi, qabaqlayıcı tədbirlərin görülməsidir. Hesab edirik, Azərbaycan hökuməti buna hazırdır”.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov jurnalistlərin neftin qiymətinin kəskin azalmasının büdcə dayanıqlığına təsirləri ilə bağlı sualı cavablandırarkən deyib.

“Eyni zamanda qiymətlərin də uzun müddət aşağı səviyyədə qalacağını düşünmürük”, – deyə o əlavə edib.

V.Gülməmmədov onu da bildirib ki, Hesablama Palatası strateji inkişaf proqramına uyğun fəaliyyət göstərir: “Bütün fəaliyyətimiz dövründə dövlət vəsaitləri üzərində səmərəli nəzarətin qurulması önəm daşıyan məsələdir. Palatanın fəaliyyəti də məhz bunun üzərində qurulub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Murad Dadaşovdan aparıcı Zaur Kamala xəbərdarlıq –

Sonrakı məqalə

“Microsoft” 35 ölkədə əməliyyat keçirib