ABŞ-ın proqram təminatı istehsalçısı “Microsoft” sentyabrın 30-dan sonra Rusiya şirkətləri üçün lisenziyaların uzadılmasını dayandıracaq.
Azpost.info xəbər verir ki, bu barədə “TelecomDaily” agentliyi “Microsoft Online Services” texniki dəstəyinin müştərilərdən birinə istinadən məlumat yayıb
Məlumatda qeyd olunur ki, “Microsoft” Rusiyada xidmətlər üçün yerli bank hesabına ödənişləri qəbul edə bilməz. Aktiv abunəliklər qalan müddətin sonuna qədər davam edəcək.
“Microsoft”un nümayəndəsi “Forbes”lə söhbətində bildirib ki, qərar Avropa İttifaqı, ABŞ və Böyük Britaniyanın sanksiyalarına uyğun olaraq qəbul edilib.
Azpost.info