Milanda son 300 ildə rekord temperatur qeydə alınıb

İtaliyanın Milan şəhərində 1763-cü ildən bəri ən yüksək temperatur göstəricisi qeydə alınıb.

Bölgədə havanın temperaturu 33 dərəcəyə yüksəlib. İtaliyanın Lombardiya regionundakı bəzi şəhərlərdə avqustun 22-23-də termometrlərin 40 dərəcə isti göstərdiyi bildirilib.

Xatırladaq ki, Milanda havanın temperaturunda bundan öncəki rekord göstərici 2003-cü il avqustun 11-də (32,8 dərəcə) qeydə alınıb.

İntensiv və anomal istilər Alp dağlarının İtaliya ərazisindəki hissəsinə də təsir göstərib, buzlaqların əriməsinə səbəb olub.

Mütəxəssislər gələn həftədən etibarən ölkə ərazisində havanın temperaturunun 10-15 dərəcə azalacağını, tufanla müşayiət olunan şiddətli yağışların yağacağını bildiriblər.

Əvvəlki məqalə

Qubada yük maşını iki qadını vurub

Sonrakı məqalə

Moskvaya yenidən PUA hücumuna cəhd olub