Milli Məclisdə pandemiya və post-müharibə dövrü ilə bağlı dinləmə keçiriləcək

18 Dekabr 2020 - 12:48

Milli Məclisdə pandemiya və post-müharibə dövründə ailələrin sosial-psixoloji təminatı və mövcud problemlərlə bağlı dinləmə keçiriləcək.

Bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 22 dekabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Dinləmə komitə tərəfindən videokonfrans  formatında təşkil ediləcək.(APA)