Milli Məclisin Analitik informasiya şöbəsinin müdiri vəzifəsindən azad edilib

23 Aprel 2020 - 12:36

Milli Məclisdə struktur kadr və struktur islahatları davam etdirilir.

Milli Məclis Aparatının Analitik informasiya şöbəsinin müdiri Aydın Mirzəli oğlu Ağayev vəzifəsindən azad edilib.

Qeyd edək ki, 70 yaşlı A.Ağayev ixtisasca tarixçidir. 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 2-ci dərəcə dövlət müşaviridir.