Milli Məclisin maşınları satışa çıxarıldı –

HƏRRAC
09 Dekabr 2019 - 19:31

2020-ci il 7 yanvar tarixində Milli Məclisin və Daxili İşlər Nazirliyinin(DİN) avtomobilləri hərraca çıxarılacaq. 

Azpost.info fed.az- istinadən bildirir ki, 8-ci sətirdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının balansında olan  nəqliyyat  vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

9-cu sətirdə Azərbaycan Respublikası Ali Məhkəmənin balansında olan  nəqliyyat  vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.

10-11-ci sətirdə  Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsinin balansında olan  nəqliyyat  vasitələri   4-cü dəfə 25% endirimlə  təkrar hərraca çıxarılır.

12-ci sətirdə  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının balansında olan  nəqliyyat  nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

13-cü sətirdə  “Azəristiliktəchizat” ASC-nin balansında olan  nəqliyyat  nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

Qeyd:     Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud  e–emdk.gov .az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)

(tel:566-07-44)