Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

- Nələr müzakirə olunacaq?
18 Oktyabr 2019 - 14:33

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb.

APA-nın məlumatına görə, oktyabrın 22-də keçiriləcək iclasın gündəliyinə 23 məsələ daxil edilib.

Bunlar “Standartlaşdırma haqqında”, “Məşğulluq haqqında”, “Kinematoqrafiya haqqında”, “Reklam haqqında”, “Uşaq hüquqları haqqında” və s. qanunlara, Mülki və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələridir.