Milli Məclisdə Zəfər Günü ilə əlaqədar bəyanat müzakirə edilir

Parlamentin bu gün keçirilən iclasında 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı müzakirəyə çıxarılıb.

Bununla bağlı Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında həm 44 günlük Vətən müharibəsində, həm ondan əvvəlki dövrdə şəhid olmuş, erməni təcavüzü nəticəsində dünyasını dəyişmiş mülki şəxslərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsini təklif edib.

Sahibə Qafarova təəssüflə bildirib ki, heç bir müharibə qansız-qadasız olmur.

Təklif qəbul olunub, iclasda şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad olunub.

Parlament Prezident İlham Əliyevə, Birinci xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayacaq.

Təklif qəbul edilib.

İclasın gündəliyinə 10 məsələ daxil edilib:

1. 8 noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı.

2. 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında.

3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

6. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

7. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

8. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalının və “Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

9. “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

10. “Müdafiə sənayesı sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının və “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Özbaşınalıq baş alıb gedib…Belə vəziyyətə dözməməliyik” –

Sonrakı məqalə

İlham Əliyev Türkiyənin sabiq baş naziri Binəli Yıldırımı qəbul edib