Milli Məclisin aprelin 9-da iclası onlayn keçirilməyəcək

Milli Məclisin növbəti iclasının hansı qaydada keçiriləcəyi məlum olub.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, Milli Məclisin aprelin 9-da keçiriləcək plenar iclası elektron qaydada keçirilməyəcək. İclas normal qaydada olacaq.

Qeyd edək ki, plenar iclasın İnternet vasitəsi ilə keçirilməsi üçün Milli Məclisin 42 deputatının müraciət etməsi və Milli Məclis Sədrinin müvafiq sərəncam verməsi lazımdır.

Xatırladaq ki, aprelin 9-da Milli Məclisin plenar iclasında Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti barədə hesabat verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Neft yenidən ucuzlaşıb

Sonrakı məqalə

Zaqatalada “Diska Nəriman” ləqəbli avtoritet həbs edilib –