“Milli Məclisin iclasları canlı yayımlansın!”- Deputatdan təklif

“Milli Məclisin iclasları yaxşı olardı ki, televiziyalarda yayımlansın və seçicilər canlı şəkildə burada səsləndirilən fikirləri görsünlər”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, Milli Məclisin dünyanın hər yerində olduğu kimi, televiziyası olmalıdır: “İclaslar həm canlı yayımla verilməli, həm də təkrar yayımlar olmalıdır”. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident Sumqayıta 6 milyon manat ayırdı

Sonrakı məqalə

Ali məktəblərə ərizə verən abituriyentlərin sayı