Milli parklarda yeni ekoturizm marşrutları yaradılacaq

Bu il Azərbaycan milli parklarında yeni ekoturizm marşrutlarının yaradılması nəzərdə tutulur.

Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə hər bir milli parkda üç yeni ekoturizm marşrutunun yaradılması planlaşdırılır: “Xüsusilə Şahdağ, Göygöl, Ağgöl, Qızılağac milli parklarında yeni marşrutların yaradılması nəzərdə tutulur. Ötən il milli parklarda 14 yeni marşrut yaradılıb. Bundan əlavə, marşrutlar boyunca məlumatverici və istiqamətləndirici lövhələrin quraşdırılması da diqqətdə saxlanılan məsələlərdəndir. Ötən il 200-dən çox belə lövhə quraşdırılıb”.

Əvvəlki məqalə

Şahin Əkbərov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna direktor təyin edilib

Sonrakı məqalə

Sabah hava necə olacaq?