“Konqresin Ukraynaya əlavə hərbi yardım göstərməməsi ABŞ-ın, NATO-nun və azad dünyanın qalan hissəsinin milli təhlükəsizliyini təhlükə altına qoyur”.
Azpost.info xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden Konqresin komitə rəhbərləri ilə görüşündə deyib.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Bayden Nümayəndələr Palatasının və Senatın komitə sədrləri və üzvləri ilə Ukraynaya davamlı dəstəyin zəruriliyini müzakirə edib. O, Konqresin Ukraynanın Rusiyanın qəddar işğalından müdafiəsi üçün lazım olan resursları, o cümlədən hava hücumundan müdafiə və artilleriya silahlarını almasını təmin etməyin vacibliyini vurğulayıb.
“Prezident Konqresi Ukraynanı dəstəkləmək üçün tez bir zamanda əlavə maliyyə ayırmağa və ABŞ-ın qətiyyətinə dair güclü siqnal göndərməyə çağırıb”, – Ağ Ev bəyan edib.
Azpost.info