ATƏT-in Minsk Qrupuna daxil olan həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bratislavada keçirilən görüşləri ilə bağlı birgə bəyanat yayıblar.
Bəyanatda vurğulanıb ki, hazırki status-kvo qəbuledilməzdir və münaqişənin hərbi həlli yoxdur. Onlar tərəfləri süni gecikmələr və şərtlər yaratmadan substantiv danışıqlar aparmağa çağırıblar. (APA)