Minsk Qrupunun amerikalı həmsədri Azərbaycana gəlir

ATƏT-in Minsk Qrupunun həmsədri Endryu Şofer Dağlıq Qarabağa dair məsləhətləşmələr üçün Bakı və Yerevana səfər edəcək.

Bunu çərşənbə axşamı ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki Komissiyası) üzvləri üçün brifinqdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, Vaşinqton Azərbaycan və Ermənistanı ATƏT-in Minsk Qrupunun həmsədrliyi formatında Qarabağ münaqişəsinin həllinə çağırmaqda davam edir. Bununla yanaşı, Riker Şoferin səfər müddətini dəqiqləşdirməyib.

Eyni zamanda qeyd edilib ki, A.Şofer Gürcüstanla bağlı danışıqlar üçün Cenevrəyə də gedəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Teledərslərin dekabrın 9-na olan cədvəli açıqlanıb

Sonrakı məqalə

Rusiya Azərbaycandan alma və pomidor gətirilməsini qadağan etdi –