“Minsk Qrupunun həmsədrləri Rusiya və ABŞ olub, Fransa sonradan xahişlə qoşulub” –

LAVROV
07 Dekabr 2020 - 18:50

“Fransa Minsk Qrupunun həmsədrliyinə daha gec qoşulub. Biz Parisin xahişi ilə buna getdik”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ara Ayvazyanda danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib. Lavrovun sözlərinə görə, Fransa Minsk Qrupunun həmsədrliyində əvvəlcədən təmsil olunmayıb: “ATƏT-in Minsk Qrupu həmsədrliyindən danışırıqsa, əvvəlcədən həmsədrlər Rusiya və ABŞ olub. Fransa daha gec – sonradan qoşulub. Biz Parisin xahişi ilə buna getdik”.