Minsk Qrupunun həmsədrləri bəyanat yaydı:"Dövlət başçıları ideyalarını təqdim ediblər"

ATƏT-in Minsk qrupunun həmsədrləri Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik regiona səfərlərinin yekunlarına dair bəyanat yayıblar.

Bəyanatda bildirilir ki, həmsədrlər oktyabrın 15-də Yerevanda Ermənistan Baş naziri Nikol Paşinyan, oktyabrın 17-də isə Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçiriblər, hər iki ölkənin paytaxtında bu ölkələrin xarici işlər və müdafiə nazirləri ilə məsləhətləşmələr aparıblar.

Bəyanatda deyilir ki, səfər zamanı həmsədrlər Dağlıq Qarabağın de-fakto rəhbərliyi, Bakıda isə həmsədrlər Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri ilə də görüşüblər.

Dağlıq Qarabağda olarkən vasitəçilər Beynəlxalq Qızıl Xaç Komitəsinin yerli nümayəndəsi tərəfindən humanitar məsələlər haqqında məlumatlandırılıblar.

Bəyanatda qeyd olunub ki, hər iki ölkənin liderləri həmsədrlərə Aşqabatdakı MDB ölkələri sammitində aralarında olan son söhbət barədə məlumat verərək, münaqişənin həlli prosesinin irələməsi üçün ideyalarını təqdim ediblər. Həmsədrlər ölkələrin əhalisinin sülhə hazırlanması və gərginliyin azaldılması üzrə təhlükəsizlik və humanitar tədbirlərin icra olunması prespektivlərini alqışlayır.

Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aparılan monitorinqlərin vacibliyini bir daha vurğulayıb.

Onlar tərəfləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi tərəfindən aparılan işlərin dəstəklənməsi və monitorinq missiyaları ilə bağlı potensial maneələri aradan qaldırmağa çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda yaşayan əhalinin sayı açıqlanıb

Sonrakı məqalə

Elinanın anası Prezident İlham Əliyevə müraciət etdi: