Miqrantları daşıyan qayıq batdı: 69 nəfər itkin düşüb

Qeyri-qanuni yollarla Avropaya keçməyə çalışan immiqrantları daşıyan qayığın batması nəticəsində 69 nəfər itkin düşüb.

Bu barədə Mali Xarici İşlər Nazirliyi açıqlama verib.

Məlumata görə, dekabrın 19-da İspaniyaya getməyə çalışan təxminən 80 nəfərin olduğu qayıq Mərakeşin ərazi sularında batıb.

9-u Mali vətəndaşı olmaqla 11 nəfərin xilas edildiyi qeyd edilib. Qayığın yola düşmə yeri ilə bağlı məlumat paylaşılmayıb.

İspaniyanın qeyri-hökumət təşkilatı “Caminando Fronteras”in hazırladığı hesabatda 2024-cü ilin İspaniyanın müasir immiqrasiya tarixi üçün ən ölümcül il olduğu vurğulanıb.

Hesabata əsasən, hər gün orta hesabla 30 nəfər İspaniyaya keçmək istəyərkən dənizdə ölür.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.