Miqrantları İtaliyaya daşıyan qayıq Aralıq dənizində batıb –57 nəfər ölüb

Liviya sahillərində Tunisdən Aralıq dənizi ilə İtaliyaya yollanan qeyri-leqal miqrantları daşıyan qayığın batması nəticəsində 57 nəfər həlak olub.

Tunisin Qırmızı Aypara Komitəsi 33 miqrantın cəsədinin tapıldığını, digərlərinin axtarışlarının davam etdiyini bildirib.

Tunisin sahil mühafizə xidmətinin məlumatına görə, bir gün əvvəl bu ölkənin sahillərində daha 60 qeyri-leqal miqrant batıb. BMT-nin yaydığı hesabatda qeyd edilib ki, bu il Tunis və Əlcəzairdən 23 min 500 qanunsuz miqrant dəniz yolu ilə İtaliya və İspaniyaya yollanıb. Onlardan 633 nəfəri həlak olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Levandovski “Barselona”ya keçə bilər

Sonrakı məqalə

Türkiyədə hərbi-hava bazasına hücumun qarşı alınıb