Levandovski “Barselona”ya keçə bilər

Polşa millisi və “Bavariya”nın hücumçusu Robert Levandovski karyerasını “Barselona”da davam etdirə bilər.

Bu barədə “Sky Sport Germany” məlumat yayıb.

Məlumata görə, 32 yaşlı futbolçu La Liqada oynamaq arzusunda olduğunu bildirib.

Qeyd edək ki, artıq “Goldman Sachs” investisiya bankı katalon klubuna 500 milyon avroluq kredit ayırıb. Onun 100 milyonu məvaciblər üzrə borcların ödənilməsinə sərf olunacaq.

Xatırladaq ki, son maliyyə hesabatına görə, “Barsa”nın 1,2 milyard avro borcu var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nizami Gəncəvinin əsərləri gürcü dilinə tərcümə edilib –

Sonrakı məqalə

Miqrantları İtaliyaya daşıyan qayıq Aralıq dənizində batıb –