Mirozyan AŞ yetkilisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Strasburqa səfəri çərçivəsində Avropa Şurası Yerli və Ərazi Hakimiyyətlər Konqresinin sədri Kuls Markla görüşüb.

Azpost.info xəbər verir ki, tərəflər regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

Mirzoyan Marka Ermənistanın Cənubi Qafqazda davamlı sülhün əldə edilməsinə dair baxışını və Azərbaycanla münasibətlərin normallaşdırılması prosesində əsas məsələlər üzrə mövqeyini təqdim edib.

Azpsot.info

Əvvəlki məqalə

Mehriban Əliyeva Zəngilandan paylaşım etdi

Sonrakı məqalə

“Rusiya ilə Qərb arasında hərbi-siyasi qarşıdurma tam sürətlə davam edir”