Mişel Platini və Blatter bəraət aldı- Korrupsiya ittihamı təsdiqini tapmadı (FOTO)

İsveçrə məhkəməsi FİFA-nın keçmiş prezidenti Jozef Blatter və UEFA-nın keçmiş rəhbəri Mişel Platininin işi üzrə yekun qərar çıxarıb.

Azpost.info xəbər verir ki, məhkəmə fırıldaqçılıq, yanlış idarəetmə, korrupsiya, etimadın pozulması və qiymətli kağızların saxtalaşdırılmasında ittiham olunun Blater və Platinini təqsirli bilməyib. Onların hər ikisi bəraət alıb.

Futbol menecerlərinə qarşı iş İsveçrə Federal Ədliyyə Bürosu tərəfindən başladılmışdı. Jozef Blatterin 2015-ci ildə 2 milyon İsveçrə frankını qeyri-qanuni olaraq Platininin hesabına köçürdüyü iddia olunurdu.

Keçmiş FİFA prezidenti həmçinin 2010 və 2014-cü il Dünya Kuboklarının televiziya hüquqlarını 600 min dollara Karib Futbol İttifaqına satmaqda ittiham edilirdi.

Azpost.info

Əvvəlki məqalə

Ölkədən qanunsuz valyuta çıxarılmasının qarşısı alınıb –

Sonrakı məqalə

Yoluxma çoxalsa, karantin rejimi yenidən sərtləşdirilə bilər –