Misirdə Qəzza sammiti başlayır, Tramp İlham Əliyevlə görüşüb

Misirin Şarm əl-Şeyx şəhərində Qəzza sammiti başlayır.

ABŞ Prezidenti Donald Tramp sammitdə iştirak edən dövlət və hökumət başçılarını, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayaraq salamlayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.

 

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.