Misirdə 2500 il əvvələ aid sərdabələr tapılıb-FOTO

Arxeoloqlar Misirin Damietta əyalətinin Tel Əl-Deyir qədim yaşayış məskənində 2500 il əvvələ aid sərdabələr aşkar ediblər.

Bu mühüm arxeoloji tapıntı Qədim Misir fironlarının 26-cı sülaləsinin dövrünü araşdırmaq üçün yeni imkanlar yaradır.

Misirin Qədim Abidələr Ali Şurasının sədri Mustafa Vəziri sərdabələrdən qızıl əşyalar, Qədim Misir tanrıları Osiris, Anibus və Horusun kiçik heykəllərin, heyvan təsvirləri olan artefaktların, kanopik qabların, dəfn amuletlərinin aşkar edildiyini bildirib. O əlavə edib ki, alimlərin apardıqları tədqiqatların sonunda bu arxeoloji tapıntılar Böyük Misir Muzeyinə təhvil veriləcək.

Əvvəlki məqalə

“Rusiya ordusu Qarabağda sülhün əsas təminatçısıdır” –

Sonrakı məqalə

Dinozavrlar niyə yox olub? –