Misirdə çörəyin qiyməti artıb

 

Misirdə son 30 il ərzində qiyməti dəyişməyən çörək bahalaşıb. Uzun illər əhalinin ən çox istifadə etdiyi 5 Misir funtuna (0,52 AZN) satılan bu ərzaq növünə ayrılan dövlət subsidiyası isə davam edəcək.

Misirin Baş naziri Mustafa Mədbuli çörəyin qiymətinin artmasını qlobal taxıl bazarında bahalaşma ilə əlaqələndirib.

O qeyd edib ki, hökumət bu məhsulu müxtəlif ölkələrdən, o cümlədən Rusiya və Ukraynadan idxal edir. Lakin son zamanlar həmin dövlətlərin arasında yaranmış gərginlik də qiymətlərə təsirsiz ötüşməyib.

Misir parlamentində solçu qanadı təmsil edən Tacammül Partiyası qanunverici orqanda çörəyə ayrılan subsidiyanın artırılması məsələsini müzakirə etməyə çağırıb. “Əl Əhram” qəzetinin xəbərinə görə, millət vəkili əhalinin 30 faizinin yoxsulluq həddindən aşağı səviyyədə yaşadığını bildirib və hökumətin bu məsələdə daha ehtiyatlı davranmasını tövsiyə edib.

Qeyd edək ki, Misirdə əhalinin aztəminatlı hissəsinə hökumət tərəfindən ərzaq kartları verilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nazirlik:

Sonrakı məqalə

Ukrayna Prezidenti: