Nazirlik:Transplantasiya ilə bağlı Koordinasiya Mərkəzinin Nizamnaməsi hökumətə təqdim olunub

 

Səhiyyə Nazirliyi tərəfindən yaxın qohum olmayan canlı donorlardan donor orqanın götürülməsi məqsədilə yaradılması nəzərdə tutulan “Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası” ilə əlaqədar əmr layihəsi hazırlanıb.

Bu barədə  Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, etika komissiya tərəfindən işlərə baxılması yalnız Koordinasiya Mərkəzinin müraciəti əsasında nəzərdə tutulduğundan onun təşkil olunması Mərkəz fəaliyyətə başladıqdan sonra həyata keçiriləcək.

Əlaqələndirici qurumun səlahiyyətlərinin Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. Nazirlik tərəfindən hazırlanmış Mərkəzin Nizamnaməsinin layihəsi aidiyyəti qurumlarla razılaşdırılıb və təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim olunub. Mərkəz Nizamnamə təsdiq edildikdən və hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alındıqdan sonra fəaliyyətə başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə
Sonrakı məqalə

Misirdə çörəyin qiyməti artıb