Mixael Şumaxer artıq yataq xəstəsi deyil

Mixael Şumaxer artıq yataq xəstəsi deyil. O, tibb bacısı və terapevtin dəstəyi ilə əlil arabasından istifadə edir.

AzPost bildirir ki, bu barədə Daily Mail qəzeti məlumat yayıb

2013-cü ildə, Formula 1-dən təqaüdə çıxdıqdan sonra, o, Alp dağlarında xizək sürərkən ciddi baş zədəsi alıb. Uzun müddət tamamilə hərəkətsiz qalıb və süni tənəffüs aparatına qoşulub.

Schumacher hazırda 57 yaşındadır. O, yeddiqat Formula 1 Dünya Çempionudur və bütün zamanların ən böyük yarış pilotlarından biri kimi tanınır. O, çempionat tarixində ən çox qələbə (91), podiuma (155) və ön sıralarda start götürmə sayına görə Luis Hamiltondan sonra ikinci yerdədir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.