MKİ direktoru Kiyevə gizli səfər edib- Ukraynanın təqdim etdiyi danışıqlar planında nələr var?

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns iyun ayında Kiyevə elan olunmamış səfər edib. Səfər zamanı Ukrayna hakimiyyəti onunla bu ilin sonuna qədər əraziləri geri almaq və Moskva ilə atəşkəs danışıqlarına başlamaq üçün “iddialı strategiya”nı bölüşüb.

Azpost.info xəbər verir ki, bu barədə “The Washington Post” rəsmilərə istinadən yazıb.

Berns səfər zamanı Ukrayna prezidenti Vladimir Zelenski və ölkə kəşfiyyatının yüksək səviyyəli rəsmiləri ilə görüşüb. Onlar bildiriblər ki, səfərin məqsədi Bayden administrasiyasının Ukraynaya özünü müdafiə etmək üçün kəşfiyyat məlumatlarını bölüşmək öhdəliyini bir daha təsdiqləmək olub.

Nəşr yazır ki, Ukrayna hərbi strateqləri Bernsə payıza qədər Krım sərhədləri yaxınlığında əhəmiyyətli bir ərazini geri qaytarmaq, sonra isə Moskva ilə danışıqlara başlamaq planından danışıblar.

Bu, Bernsin hərbi əməliyyatlar zamanı Kiyevə ilk səfəri deyil. Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri ötən ilin noyabrında və bu ilin yanvarında Ukraynaya səfər edib. Bu səfərlər barədə “Washington Post” da məlumat yayıb.
Kiyevdə onlar Moskva ilə danışıqlara başlamaq üçün rus qoşunlarının Ukrayna ərazisindən çıxarılmasını şərt adlandırıblar. Rusiya hakimiyyəti bunu qəti şəkildə rədd edir.

Bundan başqa, Kreml bəyan edib ki, Kiyev “DXR”, “LXR”, Zaporojye və Xerson vilayətləri Rusiyanın tərkibində tanımayana qədər heç bir danışıqlar aparıla bilməz. Eyni zamanda, Moskva dəfələrlə danışıqlara hazır olduğunu bəyan edib.

Azpost.info

Əvvəlki məqalə

İsmayıllıda selə görə yaranmış son vəziyyət necədir?

Sonrakı məqalə

“Firon Ronaldonun villası bizi boğaza yığıb, bezmişik” –