“Firon Ronaldonun villası bizi boğaza yığıb, bezmişik” –Futbolçunun qonşuları narazılıq edib

Kriştianu Ronaldonun qonşuları futbolçunun malikanəsinin tikintisindən narazıdırlar.

Azpost.info “Look” portalına istinadən bildirir ki, Portuqaliyada, Kinta da Marinya ətrafında tikilən malikanə bu ilin iyul ayına qədər tamamlanmalı idi. Lakin son tarix təxirə salınıb.

Bundan əlavə, tikinti üçün büdcə də artıb. İlkin olaraq malikanənin tikintisi 21 milyon avro qiymətləndirilirdisə, indi söhbət 25 milyondan gedir.

“Hələ ən azı bir illik işimiz var. Biz bezmişik. Artıq üç ildir ki, tikinti işləri gedir. Ev o qədər böyükdür ki, xəstəxanaya oxşayır. Aylardır küçəmiz bağlanıb, bağım toz-torpaqla doludur. Hamısı firon Ronaldonun “piramidası”na görə” -deyə qonşulardan biri şikayətlənib.

Qonşular özəl həyatlarının pozulmasından narazalıq ediblər. Ronaldonun malikanəsinin pəncərələrindən başqalarının həyəti görünür.

Ronaldo otelin onun malikanəsinə bitişik qolf meydançasını almağa çalışsa da ona satmaqdan imtina ediblər.

Azpost.info

Əvvəlki məqalə

MKİ direktoru Kiyevə gizli səfər edib

Sonrakı məqalə

Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?