Model Razi Əliyevanı döyməkdə ittiham olunan Ziya Hüseynzadə açıqlama yayıb

Model Razi Əliyevavaya işgəncə verməkdə ittahm olunan  Ziya Hüseynzadə açıqlama verib.

Bu barədə o, instaqram hesabında məlumat yayıb.

Hüseynzadənin sözlərinə görə, R. Əliyevanın yazışmalarını ifşa edən səhifəni o açmayıb:

“Haqqımda yayılanların hamısı adıma və ailəmə ləkə salmaq, zorla pulun tələb edilməsi üçün şər və böhtan, qarayaxma kampaniyasıdır. Sübutlarım mövcuddur və istintaqa təqdim olunacaq. Yayılmış şəkillərin mənə aidiyyatı yoxdur, daxil olmuş məlumata əsasən, Razi Əliyeva hazırda İstanbuldadır, sağdır və dincəlir. Əlavə olaraq qeyd edim ki, qarşıma uzaqdan iddia edən Razi Əliyevanın qeyri-qanuni insan alverində etirafı ilə videolar bunhdan öncə internetdə əksini tapıb. Bu  səbəbdən də Razi Əliyeva özündən diqqəti yönəldir ki, onun qanunsuz hərəkətləri araşdırmadan yayındırılsın. Lakin mən Azərbaycan Respublikasının polisinin ədalətliliyinə əminəm!”.

Əvvəlki məqalə

PUA hücumuna görə Rusiyada hərbi vəziyyət elan ediləcəkmi?

Sonrakı məqalə

“Report” Agentliyinin əməkdaşı dəm qazından boğularaq vəfat edib