Moldovada hakim Fəaliyyət və Həmrəylik Partiyası (PAS) 45,06 faiz səs toplayıb.
AzPost bildirir ki, MSK parlament seçkilərində seçki məntəqələrinin səslərinin 86,68 faizi hesablayıb. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim Fəaliyyət və Həmrəylik Partiyası (PAS) 45,06 faiz səs toplayıb.
İkinci yerdə 27,64 faiz səslə Müxalifət Vətənpərvərlər Bloku, üçüncü yerdə Alternativ Blok (8,81%), Bizim Partiya (6,40%) və Evdə Demokratiya Partiyası (5,80%) gəlir.
Səsvermə sentyabrın 28-də başa çatıb. Seçici fəallığı 52% təşkil edib. Seçkilərdə 14 partiya, dörd blok və dörd müstəqil namizəd iştirak edib.