“Moskva Cənubi Qafqazda baş verənlərə biganə qala bilməz”.
Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
XİN rəsmisi bunu Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına münasibət bildirərkən deyib.
Onun fikrincə, regionda möcüzəvi Qərb yardımına güvənmək illüziyadır və təhlükəlidir: “Kosovo, İraq, Əfqanıstan, Liviya, Suriya, Ukrayna nümunələri tanınmış “demokratların” və “barışdırıcıların” müdaxiləsinin nəyə səbəb olduğunu birbaşa göstərir”.
Azpost.info