“Biz Ermənistan-Azərbaycan dövlət sərhədinin tezliklə delimitasiyası və demarkasiyası prosesinin başlanmasına tərəfdarıq”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Zaxarova deyib ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli komissiyanın yaradılmasına tərəfdardırlar.
XİN rəsmisi qeyd edib ki, Rusiya sülhməramlı qüvvələri məsuliyyət daşıdığı zonada sabitliyin təmin olunması ilə bağlı müvafiq tədbirləri görür. (APA)