“Moskva ilə Kiyev anlaşsa belə, Rusiyaya qarşı sanksiyalar davam etməlidir” –BAYDEN

“Rusiyaya qarşı sanksiyalar Moskva ilə Kiyevin ehtimal olunan yaxınlaşmasından sonra da davam etməlidir”.

Azpost.info xəbər verir ki, bunu bu gün Tokioda Yaponiya baş naziri Fumio Kişida ilə birgə keçirdiyi mətbuat konfransında ABŞ prezidenti Co Bayden deyib.

Onun sözlərinə görə, gələcəkdə Rusiya ilə Ukrayna arasında hansısa yaxınlaşmadan sonra sanksiyalar qüvvədə qalmasa, bu, Tayvanı güc yolu ilə ələ keçirməyə cəhd edən Çinə siqnal ola bilər.

Bayden bildirib ki, Çinin Tayvanı ələ keçirəcəyini düşünmür. Lakin hesab edir ki, işğaldan qaçmağın bir yolu da dünyanın Çinə bu addımın nəticələrini aydınlaşdırmasından keçir.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda “meymun çiçəyi”nə şübhəli hallar qeydə alınmayıb –

Sonrakı məqalə

“Putinin müharibəsi cinayətdir, bu biabırçılığa dözə bilmirəm” –