“Moskva” raket kreyserində yanğın baş verib –Rusiya Müdafiə Nazirliyi

Rusiyanın “Moskva” raket kreyserində yanğın baş verib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, baş verən yanğın nəticəsində döyüş sursatları partlayıb, gəmiyə ciddi ziyan dəyib.

“Ekipaj tamamilə təxliyə edilib, yanğının baş vermə səbəbləri araşdırılır” – məluamtda qeyd olunur.

Qeyd edək ki, daha öncə “Moskva” kreyserinin Ukrayna hərbçiləri tərəfindən “Neptun” raketləri ilə vurulduğu məlumatı yayılıb. Bu barədə Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Maksim Marçenko məlumat paylaşıb

Əvvəlki məqalə

Siqaretlərin aksiz dərəcəsi artırılıb

Sonrakı məqalə

Kanada Rusiyanın Ukraynadakı təcavüzünü soyqırımı adlandırdı