“Moskva sülh müqaviləsinin bağlanması üçün Bakı və İrəvana kömək edir”- GERASİMOV

Moskva Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması istiqamətində məqsədyönlü işlər həyata keçirir.

Azpost.info xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimov brifinqdə deyib.

Onun sözlərinə görə, Rusiya iki ölkə arasında ən kəskin fikir ayrılıqlarının həllinə kömək etməyə çalışır.

Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması, eləcə də ən kəskin Ermənistan-Azərbaycan ziddiyyətlərinin həlli istiqamətində siyasi yolda məqsədyönlü iş aparır”, – Gerasimov bildirib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.