Moskva Ukraynanın Xerson vilayətində Rusiya rubluna keçid edir

Ukraynanın Xerson vilayətində mayın 1-dən Rusiya rublundan istifadəyə keçid ediləcək.

CNNnin xəbərinə, bu barədə Rusiyanın dövlət mediası məlumat yayıb. Bildirilib ki, Xersonun Mülki-Hərbi Administrasiyasının sədr müavini Kiril Stremousov “Ria-Novosti”yə açıqlamasında bildirib ki, keçid mərhələsi 4 ay davam edəcək və bu müddətdə həm rubl həm də qrivna dövriyyədə olacaq.

Dörd aydan sonra isə Xersonda rubla tam keçid ediləcək.

Əvvəlki məqalə

Ərdoğan bu gün Səudiyyə Ərəbistanına səfər edəcək

Sonrakı məqalə

Samir Şərifov nazirlikdə bu kadrların yerlərini dəyişdi