Moskva və Bakı Azərbaycanda Baş konsulluğun yaradılmasını müzakirə edir

Moskva və Bakı Rusiyanın Azərbaycanda Baş konsulluqlarının yaradılmasını müzakirə edir.

Bunu Peterburq beynəlxalq forumu çərçivəsində keçirilən Rusiya-Azərbaycan sessiyasında Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası bu məsələdə uğura ümid edir.

Qeyd edək ki, Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin bir müddət öncə ölkəsinin Azərbaycanın Xankəndi şəhərində konsulluq açmaq niyyətində olduğunu açıqlayıb.

Əvvəlki məqalə

Paraşütdən atlama təlimində həyatını itirən hərbi qulluqçumuz Şəmkirdə dəfn edilib

Sonrakı məqalə

TÜRKPA-nın 13-cü plenar iclasında Bakı Bəyannaməsi qəbul edilib