Moskvada 200 min nəfərlik mitinq-konsert təşkil olunacaq- Putin də iştirak edəcək

Kreml fevralın 22-də genişmiqyaslı mitinq-konsert keçirməyi planlaşdırır.

Azpost.info xəbər verir ki, tədbirdə Rusiya prezidenti Vladimir Putinin də iştirakı gözlənilir.

Rusiya Dumasındakı mənbə bildirib ki, Lujnikidə keçiriləcək mitinq-konsertdə 200 minə yaxın insan iştirak edəcək. O, həmçinin qeyd edib ki, Putin də mitinqə baş çəkəcək.

Prezidentin mətbuat katibi Dmitri Peskov mətbuatın sorğusuna cavab olaraq, məsələ ilə bağlı hələlik konkret nəsə deyə bilməyəcəyini bildirib.

Mətbuat yazır ki, tədbir Putinin Federal Məclisə müraciətinin bir növ davamı ola bilər.

Ötən il dekabrın sonunda Putin Federal Məclisə müraciətin 2023-cü ilin əvvəlində baş tutacağını açıqlamışdı. Onun sözlərinə görə, hadisələrin böyük dinamikası səbəbindən tədbirin konkret tarixini müəyyənləşdirmək çətindir.

Azpost.info

Əvvəlki məqalə

Ermənistanın müdafiə naziri istefa verəcək

Sonrakı məqalə

Türkiyədəki zəlzələdə ölənlərin sayı 18 342-yə çatdı