Moskvada azərbaycanlı gənc biznesmen atasını döyərək öldürdü

Moskvanın cənub-şərqindəki Bratislavskaya küçəsindəki mənzildə dəhşətli qətl hadisəsi baş verib.

“Moskovski komsomelts” qəzetinin məlumatına görə, 30 yaşlı Fərid Fəttahov tanınmış iş adamı olan atası, 69 yaşlı Əşrəf Fəttahovu məişət zorakılığı zəminində qətlə yetirib.

Ə.Fəttahov Moskva Dövlət Universitetinin fizika fakültəsinin məzunudur. O, müxtəlif vaxtlarda “Egvekinot” dəniz limanının, “Spetsstroyexploitation” şirkətlərinin və Ural Geoloji Ekspedisiyasının direktorlar şurasının sədri olub. Fəttahov həm də Mərkəzi Elmi-Tədqiqat Metallurgiya və Materiallar İnstitutunun, eləcə də “Qazprom”un Bryansk filialının direktorlar şurasının üzvü olub.

Oğul atasını döyərək öldürəndən sonra intihara cəhd edib. Fərid  cümə günü səhər saat 04:50-də yaşadığı mənzilin pəncərələri altında tapılıb. O, xəstəxanaya aparılıb. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları mənzili açıb və atanın meyitini aşkarlayıblar.

İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəisinin böyük köməkçisi Yuliya İvanovanın məlumatına görə, paytaxt İstintaq Komitəsinin müstəntiqləri hadisə yerində işləyir. İnsidentin bütün halların müəyyənləşdirilməsinə yönəlmiş yoxlama işləri aparırlar.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.