Moskvada havanın temperaturunun rekord dərəcəyə qalxacağı gözlənilir.
Moskva Meteoroloji Bürosunun məlumatına görə, bu həftənin ortalarında Rusiya paytaxtında müsbət 5 dərəcə isti olacaq. Bu, 140 il ərzində ən yüksək göstəricidir. İsti hava bütün həftəni davam edəcək.
Meteoroloqların rəyinə görə, Moskvada hazırkı hava şəraiti oktyabrın ayına uyğundur(azərtac).