Moskvada ilk dəfə bütün hava limanlarını bağlayıblar- Dron hücumuna görə

Avqustun 18-nə keçən gecə Moskvanın bütün dörd hava limanının işi dron hücumu ilə əlaqədar məhdudlaşdırılıb.

Azpost.info xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə Moskvanın Vnukovo, Domodedovo, Jukovski və Şeremetyevo hava limanlarına uçuşlar müvəqqəti məhdudlaşdırılıb”, – departamentdən bildiriblər.

Moskva vaxtı ilə səhər saat 4:30-da uçuşların qəbulu və göndərilməsi ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb. Moskva üzərində hava məkanının bağlanması zamanı yeddi reys yönləndirilib.

Məhdudiyyətlərin aradan qaldırılmasından sonra bu reyslərin sərnişinlərinin təyinat hava limanlarına çatdırıldığı deyilir.

Azpost.info

 

Əvvəlki məqalə

“Ukrayna əks-hücumun gedişində uğur qazana bilməyəcək”

Sonrakı məqalə

Prezident Şimali Koreya, Kolumbiya və Tacikstanın yeni səfirini qəbul edib