“Ukrayna əks-hücumun gedişində uğur qazana bilməyəcək”- ABŞ kəşfiyyatı

ABŞ kəşfiyyatı hesab edir ki, Ukrayna ordusu hazırkı əks-hücum zamanı Melitopola çata və Rusiyanın Krıma “quru körpüsünü” kəsə bilməyəcək.

Azpost.info xəbər verir ki, bu barədə məxfi hesabatla tanış olan mənbələr “The Washington Post”a danışıblar.

Mənbələr nəşrə bildiriblər ki, kəşfiyyat cəmiyyətinin bu qiymətləndirməsi Rusiya ordusunun sərt müdafiəsinə əsaslanır.

Döyüşlərin ilk həftəsində Ukrayna Silahlı Qüvvələri Qərbin verdiyi şəxsi heyət və hərbi texnikada böyük itki verib. Mənbələr vurğulayırlar ki, Ukrayna hərbçilərinə təlim keçən Kiyevin müttəfiqləri belə itkiləri gözləyirdilər, lakin bunun Rusiyanın əsas müdafiə xəttini yarmağın bədəli olacağını düşünürdülər.

Xarici Siyasət Tədqiqatları İnstitutunun hərbi analitiki Rob Li bildirib ki, iki aydan çox davam edən hücumda Ukrayna qoşunları birinci müdafiə xəttini keçə bilməyiblər. Eyni zamanda, Kiyev artıq əlavə ehtiyatları işə salıb –  Britaniyanın “Challenger” tankları, eləcə də “Marder” və “Stryker” piyada döyüş maşınları ilə təchiz edilmiş iki min nəfərdən ibarət 82-ci hava desant-hücum briqadasını.

Azpost.info

Əvvəlki məqalə

“Göyçə Zəngəzur Respublikası” fəaliyyətini dayandırdığını bəyan edib

Sonrakı məqalə

Moskvada ilk dəfə bütün hava limanlarını bağlayıblar