Moskvada konsert keçirilməsinə icazə veriləcək- Bu tarixdən

Avqustun 1-dən etibarən Rusiyanın paytaxtı Moskvada kinoteatrlar açılacaq və şəhərdə konsertlər keçirilməsi mümkün olacaq.

“Report” RBK-ya istinadən xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin məlumat verib.

“Ən çoxu 3 min yeri olan teatrların, kinoteatrların və konsert zallarının açılmasına icazə veriləcək. Yalnız salonlar 50%-dən çox dolmamalıdır”, – merin məlumatında deyilir.

Eyni zamanda avqustun 1-dən idman tədbirlərində tribunaların 50%-dək (hazırda 10%-dir – red.) dolmasına icazə veriləcək.

İyulun 13-dən etibarən isə Moskvada attraksionlar fəaliyyətini bərpa edəcək və parkların, mədəniyyət mərkəzlərinin, habelə diskotekaların fəaliyyətinə qoyulan məhdudiyyətlər aradan qaldırılacaq. Ziyarətçilərin sayı məkanın tutumunun 50%-dən çox olmamalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dövlət Agentliyinin səlahiyyəti azaldıldı

Sonrakı məqalə

“Araz supermarket”in 7 mağazasında karantin qaydaları pozuldu