Moskvada “Ordu-2023” forumunda 400 milyardlıq silah sazişləri imzalanıb

“Ordu-2023” beynəlxalq hərbi-texniki forumunda 400 milyard rubldan çox məbləğdə müqavilələr imzalanaraq təhvil verilib.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Silah İdarəsinin rəisi general-leytenant Anatoli Qulyayev bildirib.

“Bu gün ümumi dəyəri 400 milyard rubldan çox olan 11 dövlət müqaviləsi imzalanıb və 9-u təhvil verilib”, – Qulyayev bildirib.

Sazişlərin icrasından sonra hərbçilərin 2,5 mindən çox yeni növ silah, hərbi və xüsusi texnika, o cümlədən 1,8 milyon ədəddən çox məhvetmə silahı alacağı gözlənilir.

Azpost.info

Əvvəlki məqalə

Rüşvət alan vəzifəli şəxslər cinayət başında yaxalanıb –

Sonrakı məqalə

Rusiya vətəndaşı olan miqrantlar hərbi qeydiyyata alınır –