Rusiya vətəndaşı olan miqrantlar hərbi qeydiyyata alınır –Azərbaycanlıların nəzarət etdiyi bazada reyd keçirilib

Sankt-Peterburqda miqrantlarla bağlı reyd keçirilib. Bu reyd zamanı Rusiya vətəndaşlığı olan yüzə yaxın miqrant müəyyən edilib. Onlar hərbi qeydiyyata alınmaq üçün hərbi komissarlığa gətiriliblər.

Azpost.info haqqın.az-a istinadən bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Polis Sankt-Peterburqun cənubunda iki günlük reyd zamanı hərbi qeydiyyatda olmayan 100-dən çox Rusiya vətəndaşlığı olan miqrantı müəyyən edib. Onların hamısı Moskvanın Frunzenski rayonunun hərbi komissarlığına aparılıb.

“Peterburqda Sofiyanın tərəvəz bazasında iki gün ərzində aparılan miqrasiya reydi həm polis , həm də hərbi komissarlıq üçün öz nəticəsini verib.  Reyd zamanı 400-ə yaxın əcnəbi vətəndaş müəyyən edilib ki, onlardan 55-i miqrasiya qanunlarını pozaraq Rusiyada olub. Polis tərəfindən təsdiqlənmiş əcnəbi, lakin artıq Rusiya vətəndaşı olan 100-dən çox miqrant müəyyən edilib. Onların demək olar ki, hamısı hərbi qeydiyyata alınması üçün rayon Hərbi Komissarlığına aparılıb”, – məlumatda deyilir.

Qeyd edək ki, Sankt-Peterburqdakı Sofiya tərəvəz anbarına əsasən azərbaycanlılar nəzarət edir. Meyvə-tərəvəz bazası Şimal-Qərb bölgəsində ən böyük olandır. Ümumi sahəsi 97 min kvadratmetr olan 33 binadan ibarətdir. Burada ildə təxminən 60 min ton məhsulun saxlanması və satışı üçün nəzərdə tutulub.

Azpost.info

Əvvəlki məqalə

Moskvada “Ordu-2023” forumunda 400 milyardlıq silah sazişləri imzalanıb

Sonrakı məqalə

Heydər Əliyev Mərkəzində yazıçı Yunus Oğuzun romanının müzakirəsi olub