“Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri Odintsovo rayonunda Ukrayna PUA-sının hücumunu dəf edib”.
Azpost.info xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin Telegram kanalında bildirib.
“İlkin məlumatlara görə, dron qalıqlarının düşdüyü yerdə dağıntı və tələfat olmayıb. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri işləyir”, – o yazıb.
Rusiya Müdafiə Nazirliyi dekabrın 19-da saat 12:35-də Ukraynanın Rusiyadakı hədəflərə təyyarə tipli pilotsuz uçuş aparatı ilə terror aktı törətmək cəhdinin yatırılması barədə məlumat yayıb.
Daha əvvəl “Vnukovo” və “Domodedovo” hava limanlarından məlumat verilmişdi ki, onlardan asılı olmayan səbəblərə görə uçuşlar müvəqqəti dayandırılır.
Azpost.info