Moskvanın “Vnukovo” hava limanı uçuşlar üçün bağlanıb- Açıqlama

Moskvanın “Vnukovo” hava limanında təyyarələrin gəlişi və buraxılması ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Azpost.info xəbər verir ki, bu barədə hava limanının mətbuat xidmətindən bildirilib.

“Aeroportdan asılı olmayan səbəblərə görə, saat 11:54-də “Vnukovo”da təyyarələrin gəlişi və buraxılışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib. “Vnukovo” hava limanı təyyarələri fərqli kursda qəbul etmək üçün çalışır. Təyyarələrin buraxılması müvəqqəti olaraq həyata keçirilmir”, – məlumatda deyilir.

Azpost.info

Əvvəlki məqalə

Ötən dövrdə 153,2 min pensiya, müavinət və təqaüd proaktiv təyin olunub

Sonrakı məqalə

Bakıda velosiped yollarının salınmasına başlanılıb