Moskvaya doğru uçan PUA vurulub

Moskvaya doğru uçan pilotsuz uçuş aparatı Lyubertsı yaxınlığında məhv edilib.

Bu barədə Moskva meri Sergey Sobyanin “Telegram” kanalında bildirib.

İlkin məlumatlara görə, tələfat və dağıntı yoxdur.

“Bu gün Lyubertsı yaxınlığında hava hücumundan müdafiə qüvvələri Moskvaya tərəf uçan pilotsuz uçuş aparatını vurub. İlkin mməlumat olaraq tələfat və dağıntı yoxdur. Hadisə yerində fövqəladə hallar xidmətinin əməkdaşları işləyir”, – deyə o qeyd edib.

Əvvəlki məqalə

Xırdalanda 15 yaşlı yeniyetmə qız intihar edib

Sonrakı məqalə

“Azərbaycan erməni sakinlərə alternativ marşrut təklif edir” –